“AZƏRBAYCANFİLM” VƏ PROFESSİONAL KİNOREJİSSORLAR GİLDİYASI İTV-DƏN BORCLARINI TƏLƏB EDİRLƏR

Bu gün (28 yanvar) 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının İctimai Televiziya və Radio yayımları Şirkətinə (İTV)  qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfi vəkil Əkbər Bağırov, cavabdeh tərəfi isə vəkil Cavid Alıyev təmsil edirdi. Prosesdə çıxış edən vəkil Əkbər Bağırov  iddiaçı tərəflərin müəllif hüquqlarının pozulduğunu iddia etdi. O bildirdi ki, İTV fəaliyyətə başladığı vaxtdan "Azərbaycanfilm" kinostudiyası və Professional Kinorejissorlar Gildiyası ilə müqavilə imzalamadan, qonorar ödəmədən onların müəllifi olduqları filmləri yayımlayır. "Dəfələrlə İTV-yə müqavilə bağlamaq üçün müraciət edilsə də, bu kanal müqavilə imzalamaqdan imtina edib. Müəllif hüquqlarını pozduğuna və borclarının həddən artıq olmasına görə, cavabdehin mülki məcəlləyə cəlb olunmasını,  müqavilə bağlanana qədər filmlərin nümayişinin qadağan edilməsini və borclarının ödənilməsini tələb edirik" – deyən Əkbər Bağırov vəsatətlə çıxış edərək  bildirdi ki, məhkəmə prosesi  davam etdiyi müddətdə heç bir orqanın,  o cümlədən KİV-in müdaxiləsi yolverilməzdir: "Lakin 24.01.2009-cu ildə İTV-nin efirində Azərbaycan kinosunun problemləri barədə 30 dəqiqəlik veriliş nümayiş etdirilib ki, bu da  qanunvericiliyə ziddir. Ona görə də, məhkəmə işinin davam etdiyi müddətdə bu cür verilişlərin efirə verilməməsi ilə bağlı qərar çıxarılması və qərarın Milli Televiziya və Radio Şurasına göndərilməsini xahiş edirik".
Cavabdeh tərəfin vəkili Cavid Alıyev isə gələn məhkəmə prosesində çıxış etmək istədiyini bildirdi.
Hakim Tahirə Əsədova növbəti  məhkəmə prosesini 03 fevral 2009-cu il tarixi Saat 16.00-a təyin etdi.
Previous Post

ELAN!

Next Post

“AZƏRBAYCANFİLM” KİNOSTUDİYASININ KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİNDEN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.