QƏNİMƏT ZAHİDLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (04 fevral) Ali Məhkəmədə hakim İslam Əliyevin sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid  (Zahidov) və onun hüquqlarını müdafiə edən “Media Hüququ İnstitutu”nun vəkili Elçin Sadıqovun vəzifəli şəxsin hərəkətsizliyinə dair iddiası üzrə vermiş olduğu kassasiya şikayəti üzrə  məhkəmə prosesi keçirilib.

Bu barədə RATİ-yə vəkil E. Sadıqovun özü məlumat verib.
“Ötən ilin sentyabr ayında Qənimət bəylə görüşümə icazə verilməmişdi. Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bunun səbəbini  belə izah etmişdilər ki,  görüşə görə biz Qənimət bəyin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəisinin də razılığını almalıyıq. Amma bu qanunsuz tələb idi. Bu səbəbdən də məhkəməyə müraciət etmişdik. Amma nə ilkin məhkəmə instansiyası, nə də Apelyasiya Məhkəməsi iddiamızı təmin etməmişdi. Apelyasiya Məhkəməsi isə iddiamızı qismən təmin etdi. Hakim mənim şikayətimi yenidən  baxılması üçün Apelyasiya Məhkəməsinə qaytardı, Qənimət bəyin iddiasını isə rədd etdi”, – deyə qeyd edən E. Sadıqovun sözlərinə görə, Ali Məhkəmənin qərarını alan kimi işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.
Xatırladaq ki, Qənimət Zahid Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə şərlənərək 3 il 6 ay, CM 221-ci maddəsi ilə isə xuliqanlıqda şərlənərək  6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“SEÇİLƏN” FİLMİ İLƏ BAĞLI İCTİMAİ MÜZAKİRƏ KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.