Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) daxil xəbərə görə, iclasda teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin icra vəziyyəti müzakirə olunub.
Müzakirələr nəticəsində “Azad Azərbaycan” Teleradio Şirkəti, “Televiziya və Radio Yayımı Haqqında” Azərbaycan Respublikası Qanununun 35.2, 35.8, 35.12, 32.0.6-cı maddələrinin və “Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar”ın 3-cü bəndinin tələblərini pozduğuna görə MTRŞ tərəfindən ümumiləşdirilərək 1200 AZN məbləğində cərimələnib.