“TƏZADLAR” QƏZETİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (12 fevral) Nərimanov rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədirliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzirlinin təhsil naziri Misir Mərdanova qarşı informasiya sorğusunun cavablandırmaması ilə bağlı iddiası üzrə məhkəmə prosesi keçirilməli idi. Lakin prosesdə cavabdeh tərəf iştirak etmədiyinə görə, hakim prosesi 27 fevral saat 11:00-dək təxirə saldı.

Xatırladırıq ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili 20 noyabır 2008-ci il tarixində təhsil naziri M. Mərdanova  informasiya sorğusu ünvanlayıb. Sorğu cavablandırılmadığına görə, baş redaktor tərəfindən məhkəməyə müraciət edilib və məhkəmədən sorğuya cavab verilməsi barəsində qətnamə çıxarılması xahiş edilib.
Previous Post

“ÖLKƏ” QƏZETİNİN REDAKSİYASINA ONONİM ZƏNGLƏR EDİLİB

Next Post

“AZAD AZƏRBAYCAN” TELERADİO ŞİRKƏTİ CƏRİMƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.