Milli Televiziya və Radio Şurası (MTRŞ) «Azad Azərbaycan» televiziya şirkətinə “Azerbaijan International” telekanalının birbaşa peyk yayımı üçün lisenziya verilməsi haqda qərar qəbul edib. Bu haqda “Azadlıq” radiosu məlumat yayıb.
MTRŞ-nın bu gün (5 mart) «Azerbaijan International» kanalı ilə bağlı keçirilən iclasında iştirak etmək üçün əlaqə saxladıq. Bizə bildirdilər ki, iclas mətbuata qapalı olacaq. İclasdan sonra press-relizi bizə göndərmələri üçün faks nömrəmizi onlara verdik. Lakin iş saatının bitməsinə baxmayaraq press-reliz bizə göndərməyib.