“GÜNDƏLİK BAKI” NIN VƏSATƏTİ TƏMİN OLUNMADI

Bu gün (5 mart) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovu sədrliyi ilə iddiaçı “Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin "Gündəlik Bakı"  qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. İclasda iddiaçının vəkili Tofiq Aslanov, cavabdeh tərəfdən isə vəkillər Zaur İbadov, Ceyhun Cəfərov və "Gündəlik Bakı" nın təsisçisi və baş redaktoru H. Vəliyev iştirak edirdilər.

 İddiaçının vəkili T.Aslanov iddia ərizəsinə işgüzar nüfuzun müdafiəsi ilə bağlı maddə də əlavə olunduğunu bildirərək, iddia ərizəsini hakimə təqdim etdi. Cavabdeh tərəfin nümayəndəsi isə qanunvericilikdə “iddia ərizəsinə əlavə” və yaxud “əlavə iddia ərizəsi”nin nəzərdə tutulmadığını deyərək idiiaçıya etirazını bildirdi. Hakim Elçin Qurbanov iddiaçının məhkəmə prosesləri ərzində iddia ərizəinə əlavələr etmək hüququnun olduğunu bildirdi.
     Məhkəmədə cavabdeh iddiaya səbəb olan məqalələrlə bağlı Yasamal Rayon Məhkəməsinin icraatında iki işin olmasını qeyd etdi və bu işlərin birləşdirilməsi barədə vəsatətlə çıxış etdi. Hakim işlərin birləşdirilməsi ilə bağlı vəsatətə yalnız hazırlıq prosesi ərəfəsində baxıldığını bildirərək, vəsatəti təmin etmədi. Çıxış edən “Gündəlik Bakı” qəzetinin təsisçı və baş redaktoru Habil Vəliyev iddiaya səbəb olan məqalələrdə “Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin adının bir dəfə də olsun çəkilmədiyini vurğuladı.
     Daha sonra çıxış edən iddiaçı tərəfin nümayəndəsi T.Aslanov məqalələrdə yazılan yazılarla  “Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin şərəf və ləyaqətinə toxunulduğunu bildirdi.
     Çıxış edən cavabdeh tərəfin vəkili Zaur İbadov iddiaya səbəb olan məqalələrdə heç bir təhqir elementinin olmadığını vurğulayaraq, məqalələrin lingvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatətlə çıxış etdi. Lakin vəsatət yazılı şəkildə məhkəməyə təqdim olunmdığından, hakim məhkəməni 30 mart saat 15:00-a təyin etdi.
     Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və qəzetin 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. Onu da qeyd edək ki, iddiaçı iddiasında qəzetin təkzib verməsini, üzr istəməsini və “Hacı Mazan” şirkətinə dəymiş mənəvi ziyana görə baş redaktor H. Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Previous Post

“AZERBAİJAN İNTERNATİONAL” ATV-YƏ VERİLDİ

Next Post

EYNULLA FƏTULLAYEV ƏFV OLUNACAĞINA İNANMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.