SABAH (06 MART) SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Yeni Çağ” qəzetinin Dünya Azərbaycanlıları Konqresi (Azərbaycan) və Tələt Paşa komitəsi (Türkiyə) ilə birlikdə Türkiyədə keçirtdiyi “17-ci ilində Xocalı Soyqırımını unutma” kampaniyası çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirəcək.Tədbirə jurnalistlər, telekanal rəhbərləri, qəzet redaktorları, diplomatik korpus nümayəndələri, QHT nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidirlər.