Bu gün Nəsimi rayon məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə ANS-in “Azadlıq fədailəri” qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası keçirilib.
Məhkəmədə iddiaçı tərəfin nümayəndələri Hacıyev Tofiq və Tağıyev Araz, cavabdeh tərəfdən isə “Azadlıq fədailəri” qəzetinin baş redaktoru Vüqar Qurdqanlı iştirak edirdi. İlkin olaraq hakim tərəflərə hüquq və vəzifələrini açıqladı. Daha sonra hakim iddiaçı tərəfdən iddia ərizəsində adı çəkilən “Azadlıq fədailəri” qəzetinin Allahverdi Nəbi adlı əməkdaşının məhkəməyə gətirilib-gətirilməməsi barədə soruşdu. Qəzetin baş redaktoru Vüqar Qurdqanlı bildirdi ki, sözügedən şəxs məqalələri bizə internet vasitəsilə göndərir. Bu səbəbdən də onun məhkəməyə gəlməsi mümkün deyil. Vəkil Tağıyev Araz isə cavabında bildirdi ki, əgər Allahverdi Nəbi məqalənin müəllifidirsə hesab edirəm ki, o məhkəməyə gətirilməlidir. Daha sonra iddiaçı tərəfin digər vəkili Tofiq Hacıyev Mətbuat Şurasının çıxardığı rəyi məhkəməyə təqdim etdi. Sənəddə MŞ-nın 19 dekabr 2007-ci il tarixli iclasında “Azadlıq fədailəri” qəzetində ANS haqqında böhtan və təhqiramiz fikirlərin yer alması ilə bağlı rəyə gəldiyi qeyd olunub.
Qəzetinin baş redaktoru Vüqar Qurdqanlı isə rəyin məhkəmə tərəfindən nəzərə alınmaması haqqında vəsatət qaldırdı: “redaktoru olduğum qəzet MŞ-na üzv olmadığından fikirləşirəm ki, rəyin məhkəmədə nəzərə alınması doğru deyil”. Vəkil Tofiq Hacıyev isə bildirdi ki, “MŞ-nın Ədliyyə Nazirliyində təsdiq olunmuş bütün qəzetlərə nəzarət etmək hüququ var. Məhkəmədən xahiş edirəm ki, məhkəmə işə mahiyyəti üzrə baxsın”. Sonda V.Qurdqanlı sülh təklif edərək barışıb təkzib verməyə hazır olduqlarını vurğuladı. İddiaçı isə hələlik barışıq haqqında heç bir fikirlərinin olmadığını dedi. Hakim məhkəmənin saat 17.00-a qədər müşavirəyə getdiyini elan etdi. Hakim müşavirədən qayıtdıqdan sonra vəsatəti təmin etmədi və rəy nəzərə alındı. Bundan sonra ANS-i təmsil edən vəkil çıxış edərək bildirdi ki, “məhkəməyə iddia ərizəsi təqdim etdikdən sonra da bu qəzetdə ANS haqqında məqalələr dərc edilmişdir. Bütün bunlar nəzərə alınması haqqında vəsartət qaldırıram. Hakim vəsatəti təmin edib. Hakim növbəti məhkəmə prosesini 8 fevral saat 16:00-a təyin etdi.
Xatırladaq ki, “Ans press" Nəşriyyat Evi "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11 – 01.12-2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "Ans press" Nəşriyyat Evi məhkəmədən qəzetin təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.