MİRZƏ SAKİT HƏFTƏ SONU MÜALİCƏ MÜƏSSİƏSİNƏ KÖÇÜRÜLƏCƏK

Həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakit həftənin şənbə günü Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək.

Bu haqda RATİ-yə məlumatı jurnalistin həyat yoldaşı Rəna Zahidova verib. Zahidovanın sözlərinə görə, o bu gün telefon vasitəsilə 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovla danışıb və Həsənov Sakitin müalicə müəssisəsinə köçürüləcəyini bildirib.   
RATİ Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə də əlaqə saxlayıb. Şöbənin məsul işçisi bildirdi ki, “jurnalisti müayinə edən həkimlərin rəyi hələ bizə təqdim olunmayıb”. Şöbədən o da bildirilib ki, M. Sakitin yanına həkim heyəti ilə yanaşı iki nəfər də Ombudsman aparatından gedib.

Previous Post

MƏHKƏMƏ SƏDRİNDƏN JURNALİSTLƏRƏ ANLAŞILMAZ CAVAB VERİLİB

Next Post

ANS-İN QƏZETƏ QARŞI İDDİASI ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.