“BİZİM YOL” QƏZETİNİN SATIŞINA QADAĞA QOYULDUĞU İDDİA EDİLİR

Dünən (13 aprel) “Bizim Yol” qəzetinin bütün nüsxələri Masallıda satışdan yığışdırılıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Bahəddin Həziyev verib. Onun sözlərinə görə, buna səbəb qəzetin dünənki sayında dərc olunan “Əlillər üçün tikilmiş mənzilləri pula satırlar” başlıqlı məqaləsi olub. B.Həziyev qəzetin nüsxələrinin Masallı rayon İcra Hakimiyyəti tərəfindən yığışdırılmasını ehtimal etdiyini bildirdi.
Məsələyə aydınlıq gətirmək üçün Masallı rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seyfəddin Əliyevlə əlaqə saxladıq. O, “Bizim Yol” qəzetini köşklərdən yığışdırılması barədə məlumatı təkzib edərək, belə bir halın baş vermədiyini qeyd etdi. S.Əliyevin bildirdiyinə görə, “Azərmətbuat yayımı” və “Qaya” mətbuat yayımı tərəfindən Masallı rayonuna bir çox qəzetlər gətirilir. “Bizim Yol“ qəzetinin dünənki  nüsxəsi isə az sayda gətirilib: “Ona görə də qəzetin satışdan yığışdırıldığı barədə təəssürat yaranır”.
Masallı rayonun “Azərmətbuat yayım”-ın mətbuat şöbəsinin rəisi Əbülfəz Nuriyev isə RATİ-yə bildirib ki, “Azərmətbuat yayım” ancaq qəzetlərin yayımı ilə məşğul olur və bu şirkətin hansısa qəzetin satışına mane olmağa heç bir ixtiyarı yoxdur: “Bu qanuna ziddir. “Bizim yol “qəzetinin dünənki və bugünkü sayı həmişə olduğu kimi satışdadır”.
Previous Post

RATİ-NİN ƏMƏKDAŞI MƏHKƏMƏ ZALINA BURAXILMADI

Next Post

“DAY.AZ RADİO” ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.