“DAY.AZ RADİO” ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Bu gün (14 aprel) saat 12:00-dan etibarən “Day.Az Radio” öz fəaliyyətini bərpa edib.

Bu barədə məlumat “Day.Az” saytında yerləşdirilib. Məlumata əsasən radio öz fəaliyyətini 16 kb/s, 32 kb/s, 64 kb/s, 128 kb/s internet sürətlərində yayımlanacaq. Bu yenilik internetin sürətindən asılı olmayaraq, hətta sürəti zəif olduqda belə radionu asanlıqla dinləmək imkan verəcək. 
Radionun əsas məqsədi Azərbaycan tarixini, mədəniyyətini dünyaya çatdırmaq və təşviqatını aparmaqdı.
Məlumata əsasən, xəbərlər servisi hər saat sonunda efirə çıxaraq dünyada və Azərbaycanda baş verən ən son və mühüm hadisələri barədə məlumat yayacaq.
Məlumatını dəqiqləşdirmək üçün “Day.Az”-la əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Previous Post

“BİZİM YOL” QƏZETİNİN SATIŞINA QADAĞA QOYULDUĞU İDDİA EDİLİR

Next Post

“İDEAL” QƏZETİN BAŞ REDAKTORU AZADLIĞA ÇIXDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.