Bu gün (27 aprel) Xətai Rayon Məhkəməsində hakim İlqar Qaralovun sədrliyi ilə “Azadlıq Hərəkatçılar Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota” qəzetinin baş redaktoru Sərdar Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (Təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.
İddiaya səbəb AHB-nin sədri T. Novruzovun “Nota” qəzetinin 01-07 fevral 2009-cu il tarixli sayında dərc edilmiş “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 2009-cu il tarixili sayında dərc edilmiş “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il tarixli sayında dərc edilmiş “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 2009-cu il tarixli sayında dərc edilmiş “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il tarixli sayında dərc edilmiş “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” başlıqlı yazılarda özünün şərəf və ləyaqətinin təhqir edildiyini hesab etməsi olub.
İclasda cavabdehlər – F. Novruzoğlu və R. Tağıyev hal-hazırda “Millətim” qəzetində fəaliyyət göstərdiklərini və iddia ərizəsində onların ünvanlarının düzgün göstərilmədiyini bildiriblər. F. Novruzoğlu həmçinin şikayət ərizəsinin onun ünvanına göndərilmədiyindən işlə tanış olmadığını da qeyd edib.
Bütün bunlardan sonra hakim İ. Qaralov iddia ərizəsinin düzgün tərtib edilmədiyini bildirərək işi icraata götürməkdən imtina etdi.