ANS TV-NİN ƏMƏKDAŞLARI POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

Dünən (26 aprel) saat 24:00-da ANS TV-nin “İç xəbər” verilişin “Şər içi” rubrikasının əməkdaşları polis təzyiqinə məruz qalıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ANS TV-nin əməkdaşı Ləman Əşrəfqızı verib.

Onun sözlərinə görə, “Şər içi” rubrikasının əməkdaşları – müxbir Nicat Süleymanov, operator Elmin Muradov, şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən məscidin sökülməsi ilə bağlı çəkiliş aparıblar. Onlar binada aparılan işin hansı qərarla icra olunduğunu öyrənmək üçün Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıblar. O, isə  məlumat verməkdən imtina edib və tabeliyində olan polislərdən ANS-in əməkdaşlarından kamera və kasetin alınması əmri verib. Ləman Əşrəfqızı kamera və kasetini verməkdən imtina edən hər üç əməkdaşın 30-dan çox polisin təzyiqinə məruz qalıb, kamera sındırılıb, kasset isə polislərin tərəfindən götürülüb və geri qaytarılmayıb.
 L. Əşrəfqızı məsələ ilə bağlı Daxili İşlər naziri (DİN) Ramil Usubova müraciət etdiklərini də bildirdi.
 Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladıq. O, məsələnin nəzarətdə olduğunu və DİN-nin müvafiq qurumlarında araşdırmada olduğunu bildirdi.        
Previous Post

“İDEAL” QƏZETİNİN AXTARIŞDA OLAN TƏSİSÇİSİ HƏBS OLUNDU

Next Post

“NOTA” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA İCRAATA GÖTÜRÜLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.