Bu gün (19 iyun) Abşeron rayon Məhkəıməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Musavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127 (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə təqsirləndirilən şəxs M.İsmayıloğlu, onun hüquqlarını müdafiə edən “Media Hüquqları” İnstitutunun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəcibə Səfərova və dövlət ittihamçısı Tofiq Süleymanov iştirak ediblər.
Dövlət ittihamçısı T.Süleymanov çıxış edərək, M.İsmayıloğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 127 (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə təqsirli bilinərək 3 il sınaq müddəti olmaqla 3 il 6 ay azadlıqdan mərhumetmə şərti cəzasının verilməsini istədi.
Təqsirləndirilən şəxs M.İsmayıloğlu və nümayəndəsi E.Sadıqov son çıxış üçün vaxt verilməsini hakimdən xahiş etdilər. Hakim Ş.Abbasov növbəti prosesi 30 iyun saat 16:00-a təyin etdi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.