YASAMAL RAYON MƏHKƏMƏSİ SMDT-NİN SƏNƏDLƏRİNİ İKİNCİ DƏFƏ GERİ QAYTARDI

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT)  9 iyun 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Qeyri-hökümət təşkilatının dövlət qeydiyaytına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması”na dair  Yasamal rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsi həmin məhkəmənin 16 iyun 2009-cu il tarixli qərardadı ilə növbəti dəfə geri qaytarılıb. 

Qeyd edək ki, SMDT qeydiyyatı 14 may 2008-ci ildə Xətai rayon məhkəməsi tərəfindən ləğv edilən Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən 1 dekabr 2008-ci ildə yaradılıb və 2 fevral 2009-cu ildə qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi SMDT-ni qeydiyyata almaqdan imtina etdiyinə görə təsisçilər məhkəməyə müraciət ediblər.
   Yasamal rayon Məhkəməsi isə səbəb kimi məhkəməyə iddiaçı tərəfinin iddia tələblərini sübüt etmək üçün təqdim etdiyi sənədlərin notariusda lazımi qaydada təsdiq olunmuş surətinin göndərilməməsi göstərilib.
    SMDT nümayəndəsi İntiqam Əliyev bildirib ki, məhkəmənin birinci dəfə iddia ərizəsini geri qaytaran zaman məhz bu halları da qüsur kimi göstərməməsi, məhkəmələr tərəfindən sürndürməçilk və işə baxılma müddətinin uzadılması ilə izah oluna bilər.
   Xatırladaq ki, birinci dəfə SMDT-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı  “Qeyri-hökümət təşkilatının dövlət qeydiyaytına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulmasına dair” 13 may 2009-cu il tarixində Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi Yasamal rayon Məhkəməsinin 25 may 2009-cu il tarixli qərardadı ilə geri qaytarıldı. Səbəb kimi SMDT tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənədin əslinin iddia ərizəsini əlavə edilməməsi göstərilmişdi. 
Previous Post

GÖYÇAYDA QƏZETLƏRİN YAYIMINA QADAĞA QOYULUB

Next Post

PROKUROR MAHAL İSMAYILOĞLUNA 3 İL 6 AY İŞ İSTƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.