CƏNUBİ QAFQAZ İNSAN HÜQUQ MÜDAFİƏÇİLƏRİ ŞƏBƏKƏSİ QHT QANUNUNA TƏKLİF EDİLƏN DÜZƏLİŞLƏRLƏ BAĞLI BƏYA

Cənubi Qafqaz regionunda qərəzsiz və müstəqil  30 qeyri-hökumət təşkilatını özündə birləşdirən Azərbaycan, Gürcüstan və Ermənistanda insan hüquqları müdafiəçilərini dəstəkləyən Cənubi Qafqaz İnsan Hüquqları Müdafiəçiləri Şəbəkəsi Azərbaycan Respublikası "Qeyri-hökumət təşkilatları haqqında", "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Dövlət Rüsumu” haqqında", “Qrant haqqında" qanunlara və eləcə də " İnzibati Məcəllə”yə təklif edilmiş dəyişikliklrlə bağlı narahatlıq ifadə edən bəyanat yaymışdır.

Bəyanatda deyilir: "Cənubi Qafqaz  İnsan Hüquq Müdafiəçiləri Şəbəkəsi Parlament tərəfindən 19 iyunda müzakirə edilən “Qeyri-hökumət təşkilatları (ictimai birlikler və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa düzəlişlərdən ciddi şəkildə narahatdir. Bu düzəlişlər oldugu şəkildə qəbul edildiyi təqdirdə Azərbaycan Konstitusiyasına, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə və Avropa İnsan haqqları və Əsas Azadlıqları Konvensiyasını, Beynəlxalq Sosial və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyanı ve Avropa Birliyi Şərq Tərəfdaşlığı Layihəsi, ATƏT və Avropa Şurası çərçivəsində qəbul olunmuş öhdəliklərlə ziddiyyət təskil edərək ifadə və birləşmək azadlığını məhdudlaşdıracaq.

İnsan Hüquqları Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi  Azərbaycan
hakimiyyət orqanlarını
 
•   Azərbaycanın beynəlxalq öhdəlikləri çərçivəsində mövcud  QHT qanununa liberallaşdırmalar gətirmək üçün ve onları Azerbaycanın razılaşdığı beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq üçün Layihədən təsirlənən  beynəlxalq və milli QHT-lər ilə təcili dialoq qurmağa

•        Venesiya Komissiyası da daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən  qanuna düzəlişlərin ekspertizası əldə edilənə qədər müzakirəni təxirə salmağa çağırır.
 
İnsan Hüquqları Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi beynəlxalq ictimaiyyəti:
 
•       Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında”  Azərbaycan Respublikası qanununa təklif edilən düzəlişləri qəbul etməmək üçün Azərbaycan hakimiyyət orqanlarına təzyiq etməyə,
•       Avropa Şurasının üzvü kimi Azərbaycanı  birləşmək azdlığına və insan hüquqları müdafiəçilərinin hüquqlarına hörmət etməyə səsləyir.

Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ İCTİMAİ TELEVİZİYANI MƏHKƏMƏYƏ VERƏCƏK

Next Post

HUMAN RIGHTS HOUSE ŞƏBƏKƏSİ AZƏRBAYCANDA QHT VƏ KİV QANUNUNA TƏKLİF EDİLƏN ƏLAVƏLƏRLƏ BAĞLI BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.