
Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi (VCMK) İctimai Televiziyanı (İTV) məhkəməyə verəcək. Bu barədə VCMK İşçi Qrupundan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verilib.
Qeyd edək ki, iyunun 17-də QHT-lə bağlı qanuna əlavə və dəyişikliklərə etiraz edən təşkilatlar İTV-yə müraciət edərək, kanal vasitəsilə öz fikirlərini ölkə əhalisinə çatdırmaq istəyiblər. Ancaq onların bu istəyi təmin olunmayıb. Həmçinin iyunun 19-da Milli Məclisin qarşısında keçirdiyi piketdən reportaj da İTV-də yayımlanmayıb.
Bu səbəbdən də, VCMK İTV-ni öz funksiyasını yerinə yetirməməkdə təqsirləndirərək, kanalı məhkəməyə vermək qərarına gəlib.
Məsələ ilə əlaqədar münasibət bildirməsi üçün dəfələrlə İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədovla əlaqə saxlasaq da, onunla danışmaq mümkün olmadı.