BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNCLƏRİN HƏBSİNDƏN NARAHATDIR

İyulun 23-də Avropa Birliyi də bəyanat yayaraq, Emin Millinin və Adnan Hacızadənin həbsi barədə verilən qərardan narahat olduğunu bildirir. Avropa Birliyi qeyd edir ki, beynəlxalq ictimaiyyətin hüquqi prosedurların ədalətli və şəffaf olması barədə çağırışlara qoşulur:

“Biz Azərbaycanın ATƏT-də iştirakı, Avropa Şurasında üzvülüyü və həmçinin Şərq Tərəfdaşlıq da daxil olmaqla Avropa Birliyi ilə münasibətlər çərçivəsində üzərinə götürdüyü demokratiya prinsipləri və yaxşı dövlət idarəçiliyi, qanun aliliyi, müstəqil məhkəmə sistemi, insan haqlarına və fundamental azadlıqlara dair öhdəlikləri Azərbaycanın nəzərinə çatdırmaq istəyirik”.
     Avropa Birliyi Azərbaycan rəsmilərini Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı Azərbaycanın öhdəliklərinə uyğun hüquqi addımların atılmasını təmin etməyə çağırıb.
     ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kayl Skott cümə axşamı ATƏT-in daimi komitəsinin iclasında Azərbaycanda fikir azadlığı və fundamental insan hüquqlarının pozulması haqda bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“ABŞ bu yaxınlarda Azərbaycanda gənc liderlər Emin Milli və Adnan Hacızadənin həbsindən narahatdır. Biz israrla Azərbaycan hökumətini Milli və Hacızadəni məhkəməyə qədər azad etməyə, onları tibbi və hüquqi yardımla təmin etməyə çağırırıq”.

Previous Post

EYNULLA FƏTULLAYEV ALİ MƏHKƏMƏNİN PLENUMUNA MÜRACİƏTDƏN İMTİNA EDİB

Next Post

HƏBS OLUNMUŞ BLOQÇULARLA BAĞLI PREZİDENTƏ MƏKTUB GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.