EYNULLA FƏTULLAYEV ALİ MƏHKƏMƏNİN PLENUMUNA MÜRACİƏTDƏN İMTİNA EDİB

Bu gün (24 iyul) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib.

   Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur. Emin Fətullayev qeyd etdi ki, Eynulla Fətullayev Ali Məhkəmədən məktub alıb.  “İyunun 30-da Ali Məhkəmənin Vətəndaşların qəbulu, müraciətlərin qeydiyyatı və baxılması şöbəsi rəisi Ağayeva Rimma İbrahim qızı tərəfindən imzalanmış 3C 78/09 nömrəli məktubda  Eynullaya cinayət işi ilə əlaqədar Ali Məhkəmənin Plenumuna müraciət etmək təklif olunub. Ancaq Eynulla Fətullayevin işi Avropa məhkəməsində bitmək üzrə olduğuna görə, o, təklifdən imtina edib” – deyən Emin Fətullayev onu da qeyd etdi ki, oğluna müxtəlif  ölkələrindən dəstək məktubları gəlməkdə davam edir.

  Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

MİRZƏ SAKİT GƏNC BLOQÇULARA HƏSR OLUNMUŞ ŞEİRLƏRİNDƏN İBARƏT DİSKİN TƏQDİMATINI KEÇİRİB

Next Post

BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNCLƏRİN HƏBSİNDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.