SƏBAİL PROKURORLUĞU JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI ARAŞDIRMANI BAŞA ÇATDIRIB

Səbail rayon prokurorluğu  “Yüksəliş Naminə” qəzetinin müxbiri Elçin Həsənovun döyülməsi ilə əlaqədar araşdırmanı başa çatdırıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (27 iyul) Elçin Həsənovun özü məlumat verib. “Səbail rayon prokuroru Şirxan Adıgözəlovun imzaladığı məktubda bildirilir ki, Səbail RPİ-nin 39-cu polis bölməsində döyülməyim sübuta yetirilmədiyi üçün cinayət işinin başlanılması rədd edilmişdir” – deyən E.Həsənov vurğuladı ki, bununla bağlı məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, E.Həsənov 10 may 2009-cu ildə Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. O, Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu polis bölməsinin qarşısında olub və əynində fərqləndirici jurnalist gödəkcəsi olmağına baxmayaraq, polislər tərəfindən döyülüb.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORU 500 MANAT CƏRİMƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.