“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORU 500 MANAT CƏRİMƏ OLUNUB

Bu gün (27 iyul) Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynov vətəndaş Havanisə Abdullayevanın “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı iddiasına əsasən son məhkəmə iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) F.Novruzoğlunun sözlərinə görə, hakim onun 500 AZN cərimə olunması barədə qərar çıxarıb.

“Mən H.Abdullayevanı tanımıram, onun haqqında da heç nə yazmamışam. Ancaq o, iddia edir ki, 2 ay öncə yazdığım “Rauf Arifoğlu niyə qan ağlayır” yazısında onun haqqında yazmışam. Bu iddia və qərar Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin sifarişidir” – deyən baş redaktor vurğuladı ki, qərardan Apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, iyulun 22-də Nizami rayon Məhkəməsində “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında idiiasına əsasən “Nota qəzetindəki yazılara görə baş redaktor əvəzi Sərdar Əlibəyli ilə yanaşı Fərəməz  Novruzoğlunun da  3 ay azadlıqdan məhrum olunması ilə bağlı hökm çıxarıb.

Previous Post

SƏBAİL PROKURORLUĞU JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI ARAŞDIRMANI BAŞA ÇATDIRIB

Next Post

OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.