Bu gün (20 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Çingiz Qənizadənin “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Fərəməz Allahverdiyev özü məlumat verib. O bildirib ki, Çingiz Qənizadənin nümayəndəsi Raqif Mustafayev iddiaya səbəb olan məqalələrdə təhqir elementlərinin olub-olmaması ilə bağlı rəy alınması üçün linqvistik ekspertiza ekspertiza təyin edilməsi ilə bağlı məhkəməyə vəsatət göndərib. Hakim vəsatəti təmin edərək prosesi qeyri-müəyyən müddətə qədər təxirə salıb.
Xatırladaq ki, hüquq müdafiəçisi Çingiz Qənizadə həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.