VƏKİL İSAXAN AŞUROV ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Dünən (19 avqust) vəkil İsaxan  Aşurov Bakı İstintaq Təcridxanasında saxlanan Adnan Hacızadə ilə görüşüb.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən İ.Aşurovun sözlərinə görə A.Hacızadənin  saxlanma şəraitindən və ona qarşı münasibətdən  şikayəti yoxdur.

“Lakin istintaq araşdırmasının  qeyri-obyektiv aparılması səbəbindən həm Adnan Hacızadə, həm də Emin Milli (Abdullayev) istintaqda iştirakdan imtina ediblər.
İ. Aşurov onu da bildirdi ki, avqustun 18-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən gənc bloqçuların təqsirsizlik prezumpsiyasının pozulması haqda iddiaya baxmaqdan imtina etmiş Səbail rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.
Vəkil RATİ-yə onu da bildirib ki, gənc bloqçulara valideynləri ilə görüşə hələ də icazə verilmir: ”Bununla bağlı Adnan Hacızadənin atası Hikmət Hacızadə şəxsi və ailə həyatına hörmət hüququnun pozulması  ilə bağlı Səbail Rayon Məhkəməsinə şikayət verib. Bu şikayətlə bağlı hazırlıq iclası 24 avqust saat 10:30-a  təyin edilib”.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

“MİLLƏTİM” QƏZETİNİN İDDİAYA SƏBƏB OLAN MƏQALƏLƏRİ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Next Post

HƏMMƏRUZƏÇİLƏR BAŞ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.