Demokratiyaya Milli Dəstək Fondunun (NED) Reagan-Fascell Democracy Fellows Proqramı 2010-2011-ci illər üçün Fellowship proqramlarına ərizə qəbulu elan edir. Proqram demokratik fəallara, təcrübə keçən tələbələrə, alimlərə və jurnalistlərə demokratiya anlayışı ilə bağlı biliklərinin dərinləşdirilməsinə və demokratik dəyişikliklərin inkişaf etdirilməsinə imkan yaradır.
Beynəlxalq dəyişikliklərə həsr olunmuş proqram beş ay ərzində gəncləri öz təcrübələrini cəmiyyət içərisində yaymağı təklif edir və dərslərin keçilməsinə, tədqiqat aparılmasına, fikir mübadilələrinin aparılmasına, əlaqələrin inkişafına və qlobal şəbəkənin inkişafına töhfə vermək üçün əlaqələrin yaradılmasını nəzərdə tutur.
Proqram əsasən demokratik baxımdan inkişaf etməkdə olan ölkələrin tələbələri üçün nəzərdə tutulsa da, demokratiya inkişaf etmiş ölkələrdən da müraciət etməyə şərait yaradılır.
Müraciət üçün ingilis dilini bilmək tələb olunur. Qəbul olunmuş şəxslər aylıq təqaüd, tibbi sığorta, yol xərclərinə yardım və tədqiqat üçün dəstək alacaqlar. Proqram 2 beş aylıq sessuiyadan – 2010-2011-ci payız sessiyası (1 oktyabr 2010-28 fevral 2011) və 2011 yaz sessiyasından (1 mart-31 iyul 2011) ibarət olacaq.

Müraciət üçün sənədlər 2 noyabr 2009-cu ilədək onlayn ərizə sistemi ilə qəbul olunacaq. Ərizəni doldurmaq və əlavə məlumat üçün www.ned.org/forum/reagan-fascell.html ünvanına müraciət edə bilərsiniz.