Azərbaycanda fəaliyyət göstərən bir qrup qəzet, internet mediası və QHT rəhbəri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna qarşı bəyanat imzalayıblar.
Bəyanatda deyilir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin nəticələrinin açıqlanması zamanı şəffaflıq və aşkarlıq prinsipləri pozulub. KİV-ə ayrılan qrantların məbləği və qalib gələn layihələrin adlarının açıqlanmasına etiraz edən bəyanat sahibləri layihələrlə bağlı qiymətləndirmələrin obyektiv aparılmadığını da vurğulayıblar.
“Müsabiqənin qaydalarının 3-cü bəndində göstərilir ki, müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1000 nüsxədən az olmayan qəzetlər müsabiqədə iştirak edə bilər. Halbuki qrant alan qəzetlərin bəzilərinin tirajı 500 ədəd və hətta 500-dən azdır. Elə qəzetlər var ki, son bir ildə nəşr olunmur, ya da kütləvi oxucu auditoriyasına çıxarılmır. Müsabiqədə qalib elan olunan bəzi QHT-lərin isə KİV-ə heç bir aidiyyatı yoxdur. Kağız üzərində adları olan bu QHT-lər fonddakı bəzi məsul şəxlərin və “ekspertlərin” nəzarətindədir”.
“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Reportyor İnformasiya Agentliyinin rəhbəri Zülfüqar Xeyirxəbər, Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd, “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova və “Yeni xəbər” qəzetinin baş redaktoru İlqar Salmanovun imzaladığı Bəyanatın sonunda ölkə rəhbərliyinin bu prosesə müdaxilə edərək, Fonddan edilən şikayətlərin obyektiv araşdırılmasına şərait yaradacağına ümid edildiyi qeyd olunub.
Məsələ ilə bağlı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun prezidentinin münasibətini öyrənmək üçün dəfələrlə zəng etsək də, Vüqar Səfərlinin məşğul olduğunu bildirdilər.
Xatırladaq ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə 112 layihə təqdim olunub. 25 layihə ilə bağlı sənədlər düzgün tərtib edilmədiyinə görə müsabiqəyə buraxılmayıb. İştirak edən 87 layihədən 55 layihə müsabiqədə qalib gəlib. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı, 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.