MEDİA HÜQUQU İNSTİTUTU GƏNC BLOQÇULARLA BAĞLI BƏYANAT YAYIB

Media Hüququ İnstitutu Emin Milli (Abdullayev) Adnan Hacızadənin saxta ittihamlarla məhkəməyə ve¬ril¬məsi ilə bağlı bəyanatında gənclərin hələ də həbsdə saxlanmasını Azərbaycanda ifadə azadlığının boğulmasına istiqamətlənən ən ağır basqılardan biri sayır.

Ölkədə çoxlarına bəlli olan bir hadisə ətrafında satirik məzmunlu, ki¬nayəli videoklipin müəllifləri olan bu gəncləri açıq-aşkar qurama ittiham əsasında ağır cinayət cə¬zaları gözləyir.
“Bu həbs, eləcə də iki il öncə eyni saxta ittihamlarla həbsxanaya göndərilmiş jurnalistlərin susdurulması ölkə hökumətində tənqidə dözümün sıfır həddinə çatdığına, tənqidçi şəxslərin böyük risk altında olduğuna əyani sübutdur.”
MHİ hökuməti insanları öz düşüncələrini açıq ifadə etməkdən çəkindirmək üçün atılan belə amansız addımlardan çəkilməyə çağırır.
MHİ-nin nümayəndəsi Rəşid Hacılı Emin Milli və Adnan Ha¬cı¬¬zadənin dərhal azad edil¬mə¬lə¬rinin və onların tapdanmış hüquqlarının bərpa edilməsinin bu yöndə ilk müdrik addım olacağını vurğulayıb və əlavə edib. “Bunun ardınca hökumətin həbsdə olan bütün jurnalistləri azadlığa buraxmasını arzu edi¬rik. Hökumətin son dövrlərdə toplumda formalaşmış “tənqidçi söz deyənlərin qənimi” ob¬ra¬zı¬nın aradan qalxması, inam körpüsünün bərpa olunması üçün bu addımların zəruri olduğu qə¬na¬ə¬tin¬dəyik”.

Previous Post

KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN KEÇİRDİYİ MÜSABİQƏNİN NƏTİCƏLƏRİ NARAZILIĞA SƏBƏB OLUB

Next Post

GƏNC BLOQÇULARIN AZAD OLUNMASI İLƏ BAĞLI ÇAĞIRIŞLAR DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.