QƏNİMƏT ZAHİDİN İDDİASI TƏMİN EDİLMƏDİ

Dünən (17 sentyabr)  “Azadlıq” qəzetinin baş redaktoru, Qənimət Zahidin (Zahidov) cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz olunması tələbinə əsasən Əzizbəyov rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun sədrliyi ilə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, hakim R. Həsənov iddianın təmin edilməməsi barədə qərar verib:
“Q. Zahidin cəzaçəkmə  müəssisəsindəki nümunəvi davranışını, ailəli olmasını və digər yüngülləşdirici halların nəzərə alınaraq onun barəsində islah işləri cəzasının müəyyən edilməsini məhkəmədən xahiş etdik. Lakin tələbimiz rədd olundu və bu onunla əsaslandırıldı ki, Q. Zahid iyun ayında həbsxanada keçirilən voleybol yarışlarına qatılmayıb və buna görə də xəbərdarlıq alıb. Məhkəmə iclasında Qənimət bəy səhhətindəki problemləri və fiziki imkanlarını əsas gətirərək, voleybol oynaya bilmədiyini bildirsə də, iddia təmin olunmadı” – deyən vəkil  qərardan apelyasiya şikayəti verəcəklərini bildirdi.
Xatırladaq ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN İDDİASI TƏMİN OLUNMADI

Next Post

BLOQÇULARIN MƏHKƏMƏ PROSESİNDƏ ZƏRƏRÇƏKMİŞLƏR VƏ İTTİHAM TƏRƏFİN ŞAHİDLƏRİ ZİDDİYYƏTLİ İFADƏLƏR VERİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.