BLOQÇULARIN MƏHKƏMƏ PROSESİNDƏ ZƏRƏRÇƏKMİŞLƏR VƏ İTTİHAM TƏRƏFİN ŞAHİDLƏRİ ZİDDİYYƏTLİ İFADƏLƏR VERİ

Bu gün (18 sentyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

Adnan Hacızadə və Emin Milli barmaqlıqlar arxasındakı taxta oturacaqların yumşaq stullarla əvəz olunması və məhkəməyə gətirilərkən əllərinin açıq olması ilə bağlı ötən iclasda qaldırılmış vəsatətləri təmin etdiyinə görə hakimə təşəkkürlərini bildirdilər.
Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Babək Hüseynov və “Lebonese” restoranının müdiri İlkin Əlizadə, ittiham tərəfinin təqdim etdiyi şahidlər qismində isə İlkin Əlizadənin atası Rizvan Əlizadə, restoranda barmen vəzifəsində çalışan Gülşən adlı xanım və restoranın qarşısındakı maşın dayanacağında işləyən Daşqın Abbasov adlı şəxs ifadə verdilər və verilmiş sualları cavablandırdılar. İstər zərərçəkmişlərin, istərsə də şahidlərin hadisə barəsində verdikləri ifadələrdə və suallara verdikləri cavablarda kifayət qədər ziddiyyətli məqamlar müşahidə olundu. Belə ki, onlar hadisə barəsində bir-birinə tamamilə zidd olan fikirlər söylədilər.
İş vaxtı başa çatdığından hakim prosesdə fasilə elan etdi və növbəti proses 25 sentyabr saat 15.00-a təyin edildi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,320/lang,az/
Previous Post

QƏNİMƏT ZAHİDİN İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

EMIN MILLI VƏ ADNAN HACIZADƏNİN MƏHKƏMƏSİ 18.09.2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.