“AZADLIQ” RADİOSU VƏ “TURAN”IN MÜXBİRİ MƏLAHƏT NƏSİBOVA BEYNƏLXALQ “RAFTO” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

“Azadlıq” Radiosu və “Turan” informasiya agentliyinin Naxçıvandakı müxbiri Məlahət Nəsibova dünyada insan haqları sahəsində ən nüfuzlu mükafatlarından biri olan “Rafto” mükafatına layiq görülüb.

“Mən hələ də şokdayam, qulaqlarıma inanmıram, sevincimin həddi-hüdudu yoxdur. Mənə bu barədə məlumat verildikdə elə bildim zarafatdır. Amma internetdə Norveç mətbuatı ilə maraqlananda xəbərin düz olduğunu gördüm. Bu o deməkdir ki, dünyanın ən ucqar yerlərində olsa belə, demokratiya, insan hüquqları, haqq və ədalət  uğrunda mübarizə diqqətdən yayınmır. Nə qədər çətin şəraitdə işləsək də bu mənim gələcək fəaliyyətimi də stimullaşdırır”, – deyə M. Nəsibova RATİ-nin əməkdaşı ilə söhbətində bildirib.
     Qeyd edək ki, “Rafto” mükafatı ildə bir dəfə dünyada fundamental insan haqları, azad iradə, siyasi azadlıqlar və azad sahibkarlıq uğrunda mübarizə aparan bir nəfərə verilir. Professor Topolf Raftonun xatirəsinə təsis edilmiş  mükafat Norveçin Berqen şəhərində  “Rafto” fondu tərəfindən laureatlara təqdim edilir.

Previous Post

XIN-in qarşısında piket cəhdi

Next Post

POLİS ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ MANE OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.