POLİS ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ MANE OLDU

sentyabr 24th, 2009
Bu gün (24 sentyabr) saat 12-00-da Demokratiya Uğrunda İttifaq (DUİ) və Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəalı Xarici İşlər Nazirliyi qarşısında icazəsiz aksiya keçirməyə cəhd etdi. Metronun “Nizami“ stansiyasının qarşısından XİN binasına irəliləyən aksiya iştirakçılarının qarşısını kəsən polislər bayraqdar Elman Türkoğlunu zorla maşına mindirərək apardılar.

DUİ-nin təmsilçisi və piketin koordinatoru Xəzər Teyyublu bildirdi ki, piketi razılaşdırmaq üçün əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərsələr də, icazə verilməyib.
Piketdə iştirak edən deputat Pənah Hüseynlə polis əməkdaşları arasında mübahisə yarandı. Lakin qısa danışıqdan sonra piketin qətnaməsinin XİN-ə təqdim olunmasına icazə verildi. Qətnamədə Azərbaycan hakimiyyətindən Madrid prinsipləri əsasında danışıqlardan imtina edilməsi tələb olunur, eyni zamanda Ermənistanla Türkiyə arasında sərhədlərin açılması niyyətinə etiraz bildirilir.
Pənah Hüseyn jurnalistlərə bildirdi ki, Qarabağ probleminin Madrid prinsipləri ilə həllinə etiraz edən piketçilər hesab edirlər ki, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində əməli addımlar atılmalıdır.
Piketdə sonunda məlum oldu ki, polis tərəfindən saxlanılan Elman Türkoğlu ərazidən uzaqlaşdırıldıqdan sonra sərbəst buraxılıb.

Foto:  http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,321/lang,az/