EYNULLA FƏTULLAYEVİN MÜKAFATI ATASINA TƏQDİM OLUNUB

Bu gün (2 oktyabr) Bakı Jurnalistika Məktəbində Beynəlxalq Amnistiya Təşkilatınin (Amnesty İnternational) həbsxanada olan  “Gündəlik Azərbaycan” və “Realnıy Azerdaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə verdiyi mükafat jurnalistin ailəsinə təqdim olundu.

Tədbirdə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komtəsinin, Söz Azadlığını Müdafiə Komitəsinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, Media Hüquqları İnstitutunun və digər təşkilatların rəhbərləri, diplomatik korpus nümayəndələri, siyasətçilər, hüquqşünaslar və media nümayəndələri iştirak edirdilər.
      Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva Beynəlxalq Amnistiya Təşkilatının verdiyi mükafatın Eynulla Fətullayevin azadlığa çıxması üçün səbəb olacağını söylədi və mükafatı baş redaktorun atası Emin Fətullayevə təqdim etdi.
      Tədbirdə  çıxış edən AXCP partiyasının sədri Əli Kərimli, millət vəkili Pənah Hüseyn, baş redaktorun vəkili İsaxan Aşurov və  digərləri mükafat haqqında öz müsbət fikirlərini və Eynulla Fətullayevin tezliklə azadlığa buraxılacağına ümid etdiklərini bildirdilər.
      Qeyd edək ki, “Amnesty İnternational” təşkilatı 2 iyun 2009 – cu ildə özünün nüfuzlu “Təhlükə altında olan jurnalistika üçün Xüsusi Mükafat”ına həbsxanada olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi layiq görüb. Mükafatı “Amnesty İnternational”ın Britaniya şöbəsinin direktoru Keyt Allen Londondakı Britaniya kinematoqrafiya institutunda keçirilən mərasimdə təqdim etmişdi. Onu Eynulla Fətullayevin adından “Obzerver” qəzetinin redaktoru Con Malxolland qəbul etmişdi.

Previous Post

Emin Milli və Adnan Hacızadənin məhkəməsi 01.10.2009

Next Post

JURNALİST NAXÇIVAN ŞƏHƏRİNƏ BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.