JURNALİST NAXÇIVAN ŞƏHƏRİNƏ BURAXILMAYIB

Bu gün (02 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev yaşadığı Şərur rayonundan Naxçıvan şəhərinə işə gələrkən saxlanılaraq geri qaytarılıb.

Buna səbəb türk dilli dövlətlərin 9-cu zirvə toplantısında iştirak etmək üçün Azərbaycan, Türküyə, Qazaxıstan və Qırğızıstan dövlətlərinin prezidentlərinin Naxçıvanda səfərdə olmasıdır. H.Mehdiyev bildirb ki, səhər saatlarından etibarən küçələrdə adları çəkilən dövlətlərin dövlət bayraqları asılıb. Polis gücləndirilmiş iş rejiminə keçib. Əhalinin və maşınların hərəkəti tam məhdudlaşdırılıb. Şəhərin hər yerində 10-15 metrdən bir hüquq mühafizə orqanlarının mülkü geyimli əməkdaşları dayanıb. Kənd və rayon mərkəzlərindən Naxçıvan şəhərinə gələn marşrut avtobusları dayandırılıb, avtomobillərin hərəkəti qadağan edilib. Taksilər şəhərdən yığışdırılıb. Bəzi məktəblərdə isə tədris dayandırılıb. Hətta xəstəxanalara avtomobillərin giriş-çıxışı qadağan edilib.
 
 

 

Previous Post

EYNULLA FƏTULLAYEVİN MÜKAFATI ATASINA TƏQDİM OLUNUB

Next Post

EYNULLA FƏTULLAYEVİN MÜKAFATI ATASINA TƏQDİM OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.