ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

   Noyabrın 21-də Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində  saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

     Emin Fətullayevin bildirdiyinə görə,  baş  redaktora Avropanın müxtəlif ölkələrindən hələ də  dəstək məktubları gəlməkdə davam edir.

     Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

AİLƏ ÜZVLƏRİ GƏNC BLOQÇULARLA GÖRÜŞƏ BİLƏCƏKLƏR

Next Post

QƏNİMƏT ZAHİDİN SƏHHƏTİNDƏ PROBLEMLƏR VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.