QƏNİMƏT ZAHİDİN SƏHHƏTİNDƏ PROBLEMLƏR VAR

 Dünən (23  noyabr) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə  müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Ayəndə Mürsəliyevanın özü məlumat verib.

O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu bildirsə də, səhhətində problemlərin yarandığını, revmatizm və kəskin ürək ağrılarından əziyyət çəkdiyini bildirib.

     Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə  qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

“AQO” QRUPUNUN ÜZVLƏRİ MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.