VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi (VCMK) öz fəaliyyətini bərpa edib. Komitənin bu gün (13 yanvar) keçirilən toplantısında Prezident İlham Əliyevin QHT-lər haqqında Qanuna dəyişikliklər və əlavələrlə bağlı dekabrın 25-də imzaladığı məhdudlaşdırıcı fərman müzakirə edildi.

Müzakirədə İlqar Məmmədov, Ənnağı Hacıbəyli, Qubad İbadoğlu, Emin Hüseynov, Zöhrab İsmayıl, Əvəz Həsənov və digər VCMK üzvləri ilə yanaşı, USAİD-in Azərbaycan üzrə direktoru Skott Teylor, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin nümayəndəsi, QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Sahib Məmmədov iştirak edirdilər.
VCMK üzvləri çıxışlarında bildirdilər ki, sözügedən fərman QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib və hakimiyyət bununla vətəndaş cəmiyyəti qurulmlarına nəzarət mexanizmi yaradır. Bildirildi ki, fərman Azərbaycan Respublikası Konstitusiyası, həmçinin Avropa Konvensiyası ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də, bu kimi məsələlərin araşdırılması və müvafiq qurumlarla işləmək üçün VCMK-nın tərkibində əsasən hüquqşünaslardan ibarət İşçi Qrupunun yaradılması qərara alındı.

Müzakirələrdə həmçinin QHT haqqında Qanuna 30 iyunda edilmiş məhdudlaşdırıcı əlavə və dəyişikliklərə də toxunuldu. Bildirildi ki,  həm bu qanun, həm də qanuna əlavələrlə bağlı son fərmanın ləğv edilməsinə nail olunmalıdır. Bunun üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi təklifi də irəli sürüldü.

Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin nümayəndəsi isə bildirdi ki, mərkəz sözügedən fərmanın hüquqi analizini aparmaqdadır və yaxın vaxtlarda icitimaiyyətə təqdim olunacaq.

USAİD-in Azərbaycan üzrə direktoru Skott Teylor bildirdi ki, həmin sənəd hazır olduqdan sonra USİAD adından Azərbaycan Prezidentinə və digər müvafiq dövlət qurumlarına məktub göndəriləcək.

Qeyd edək ki, VCMK QHT haqıında Qanuna nəzərdə tutulmuş dəyişiliklərlə bağlı 2009-cu ilin may ayında yaradılmış və noyabr ayında buraxılmışdı.
Previous Post

AZƏRBAYCAN YENƏ DƏ “AZAD OLMAYAN ÖLKƏ” KİMİ TANINDI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.