AZƏRBAYCAN YENƏ DƏ “AZAD OLMAYAN ÖLKƏ” KİMİ TANINDI

Dünən (12 yanvar) “Freedom House” təşkilatı azadlıqlar indeksinə görə dünya ölkələrin siyahısını açıqlayıb. Bu siyahıda Azərbaycan yenə də “azad olmayan” ölkələr sırasında yer alıb.

Həmçinin Rusiya, İran, Qazaxıstan və Türkmənistan da Azərbaycan kimi “qeyri-azad” ölkələr sırasındadır. Azadlıq indeksinə görə Azərbaycanın qonşu ölkələri – Türkiyə, Gürcüstan və Ermənistan isə “qismən-azad” ölkələr siyahısına düşüblər.
”Freedom House” yaydığı məlumatda o da bildirilir ki, 2009-cu il azadlığın geriləməsi yox, durğunluğu ili olub. Artıq 4 ildir ki, dünyada insan azadlıqlarının durumu pisləşir, bu geriləmə xüsusən də postsovet regionunda qeydə alınıb.

Tam mətnlə ingilis dilində tanış olmaq üçün http://www.freedomhouse.org/template.cfm?page=505 linkinə müraciət edə bilərsiniz .

Previous Post

QHT RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.