Bu gün (10 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Zöhrab İsmayılın (İsmayılov) Təhsil Nazirliyinə qarşı iddiasına əsasən Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti qismən təmin edildi. Hakim Z.İsmayılın Təhsil Nazirliyinə göndərmiş olduğu informasiya sorğusuna cavab verməkdən imtinanın qanunsuz hesab edilməsi və sorğuya cavab verilməsi ilə bağlı qərarı elan etdi.
Qeyd edək ki, hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşlarına prosesdə foto və video çəkiliş aparmağa icazə verməmişdir.
Xatırladaq ki, “Azad İqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayıl (İsmayılov) məktəblərin tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı nazirliyə ünvanladığı sorğuya cavab verilmədiyinə görə, “informasiya sorğusuna cavab verməkdən imtinanın qanunsuz hesab edilməsi, sorğuya cavab verilməsi və vəzifəli şıxsin hərəkətinin qanunsuz hesab edilməsi” ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə 10 mart 2009-cu il tarixində iddianı təmin etməmişdi.