“MOZALAN” JURNALININ MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (10 fevral) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə “Mozalan” jurnalının baş redaktoru Mövsüm Əşrəfoğlunun (Mövsümov) Mətbuat Şurasına (MŞ) qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı M.Əşrəfoğlu və cavabdeh tərəfdən isə MŞ-nın səlahiyyətli nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.
MŞ-nın nümayəndəsi Ş.Əliyev jurnalda gedən qeyri-əxlaqi dəyəri olan ifadələrin işlənildiyini bildirərək, onun “reket” elan edilməsində məqsədin ictimai qınaq obyekti olması ilə izah etdi.
M.Əşrəfoğlu çıxışında iddiasını müdafiə etdiyini bildirdi.
Şahid qismində ifadə verən Aida Şahverdiyeva jurnala müraciət ünvanladığını və “Mozalan”ın “reket” elan olunmasına səbəb olmuş məqalənin onun dediyi faktlara əsasən yazıldığını bildirdi.
Hakim Ş. Məmmədova prosesi 22 fevral saat 11:00-a təyin etdi.
Xatırladaq ki, Mətbuat Şurası “Mozalan” jurnalını “reket” elan etdiyinə görə, baş redaktor məhkəməyə müraciət edərək, 50 min manat maddi təzminat ödənilməsi və Mətbuat Şurasının çıxardığı bu qərara görə təkzib verərək üzr istəməsini istəyib.
Qeyd edək ki, “Mozalan” satirik jurnalı 2005-ci ildə təsis olunub və 2007-ci ildən etibarən aylıq dərc olunur.

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,421/lang,az/

Previous Post

TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI İCTİMAİ BİRLİYİ HESABATINI AÇIQLADI

Next Post

ZÖHRAB İSMAYILIN İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.