AŞ PA HƏMMƏRUZƏÇİLƏRİ MEDİA TƏMSİLÇİLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrex dünən (10 fevral) bir qrup media təmsilçisi

– Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov və media eksperti Ələsgər Məmmədli ilə görüşüblər. Görüşdə həbsdə olan jurnalistər – “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, gənc bloqqerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə yanaşı, müstəqil medianın problemləri, televiziya və radio sahəsindəki vəziyyət, internet azadlığı və medianın fəaliyyətilə bağlı qanunvericiliyə edilməsi nəzərdə tutulan mürtəce dəyişikliklər müzakirə mövzusu olub.

Andres Herkel Qənimət Zahidin dünənki ad günü ilə əlaqədar baş redaktora təbriklərini ünvanlayıb.

Previous Post

ANS TELEKANALININ ƏMƏKDAŞLARI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIBLAR

Next Post

MEDİA VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ PREZİDENTƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.