SƏHMDARLAR HÜQUQLARININ POZULMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR

Bu gün (03 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Bakı ANM” ASC-nin səhmdarı Əlizadə Şahin 400 nəfərdən artıq səhmdarın hüquqlarının “Akkord” ASC tərəfindən pozulması ilə bağlı mətbuat konfransı keçirib. Təşkilatçıların tərtib etdiyi press-relizi olduğu kimi diqqətinizə çatdırırıq.

“Hörmətli  KİV nümayəndələri bu günki mətbuat konfransı “Akkord İnşaat Sənaye” ASC-ti tərəfindən “Bakı ANM” ASC-in 450-dən artıq minoretar səhmdarının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına həsr olunur. Daha doğrusu “Akkord İnşaat Sənaye” ASC-ti “Bakı ANM” ASC-nə məxsus torpaq sahəsini zəbt edib orada tikinti işlərini aparır. Həmin ərazi Nərimanov rayonunda Kral mebel mağazasının arxasında yerləşir tikilən binalar isə “Kosmos” yaşayış massivi adlanır (yəyqin indiki Kral mağazasının keçmiş Kosmos adının şərəfinə belə adlanır).

“Bakı ANM” ASC-ti və onun özəlləşdirilməsinə dair :
  “Bakı ANM” ASC-ti 1997-ci il tarixində səhmdar cəmiyyətə çevirilib öz özəlləşdirmə  növbəsini gözləyrdi və  22 aprel 2006-cı ildə başlayan özəlləşdirmə 19 sentyabr 2006-cı il tarixində başa çatdırılmışdır. Səhmdar cəmiyyətin balansında 123,63 sot torpaq sahəsi ( bax şəadətnamə ) və tikinti işləri başlayana qədər 4 134,62 kv.m tikili ( bax texniki pasporta ) var idi. Hal-hazırda tikililər söküldüyündən  cəmiyyətin mülkiyyətində yalnız 123,63 sot torpaq sahəsi qalıb. Özəlləşdirmə sona çatan ana səhmdar cəmiyyətin səhmlərinin 81,11 % Tağıyev Təmraz Tağı oğluna qalan 18,89 % 900 səhmdara məxsus idi. Tağıyev Təmraz Tağı oğlu eyni zamanda səhmdar cəmiyyətin idarə heyətinin sədri idi. Məlumat üçün nəzərinizə çatdıraq ki, cənab Tağıyev həm də Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədridir.
 Hadisələrin inkişafına dair:
 Hələ özəlləşdirmə bitmədən cənab Tağıyev öz səlahiyyətlərindən sui-istifadə edərək səhmdar cəmiyyətin adından “Monolit-S” mənzil tikinti kooperativi ilə dəyişdirmə müqaviləsi bağlayıb səhmdar cəmiyyətin torpaq sahəsini tikinti işlərin aparılması üçün  kooperativə təqdim etmişdi və əvəzində yeni tikililərdən 1000 kv.m yaşayış sahəsini “Bakı ANM” ASC-ti üçün almalı idi. Həmin müqavilə imzalanan ana Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin verdiyi arayışa (bax ƏBİ arayışı) görə həmin ərazidə yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 370 ABŞ dolları, torpaq sahəsinin bir sotu isə 31 000 ABŞ dolları təşkl edirdi. Yəni müqaviləyə əsasən 2 542 000 dollarlıq əmlakın əvəzində səhmdar cəmiyyəti 370 000 dollarlıq əmlak əldə etməli idi. Özüdə mülkiyyətində olan 4 000 kv.m. gəlir gətirən  qeyri-yaşayış sahəsini (bokslar və sairə) verib əvəzində 1000 kv.m. yaşayış sahəsi almalı idi. Həmin müqavilə Mülki Məcəllənin 99.3-cü maddəsinə görə xüsusi əhəmiyyətli əqd sayıldığından yalnız səhmdarların ümumi yığıncağında təsdiqlənməli idi, amma bizim halda həmin müqavilə yalnız idarə heyətinin sədrinin imzası ilə təsdiqlənib. Daha sonralar “Akkord İnşaat Sənaye” ASC-ti bir neçə hüquqi şəxsi özünə qoşanda “Monolit-S” MTK-nı da özünə  qoşduğundan müqavilə üzrə tərəfə “Akkord İnşaat Sənaye” ASC-ti çevirildi və həmin ərazidə “Kosmos” yaşayış massivinin tikintisinə başladı. Hal-hazırda səhmdar cəmiyyətinin səhmlərinin 88,64 % “Akkord İnşaat Sənaye” ASC-in təsisçisi sayılan Hacıyev İlqar Allaz oğluna digər 11,36 % isə 450-dən artıq minoretar səhmdarlara məxsusdur.
 Hazırki vəziyyətə dair:
Tiknti işlərinin aparılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən sərəncam, inşaat pasportu, su, kanalizasiya, qaz, elektrik, istilik üçün verilən texniki şərtlərin hamısı (bax sərəncam və şərtlərə) “Bakı ANM” ASC-yə məxsusdur, üstündə tikintinin aparıldığı ərazi də “Bakı ANM” ASC-yə məxsusudur.yeganə “Bakı ANM” ASC-ti ilə “Akkord İnşaat Sənaye” ASC-ti ilə bağlantı 11 iyul 2005-ci il tarixli müqavilədir ( bax müqaviləyə ). O da tam qeyri-qanunidir və mövcud olan bütün hüquqi və məntiqi normaları pozan bir müqavilədir. “Akkord İnşaat Sənaye”  ASC-ti də həmin müqaviləyə əsaslanaraq mütamadi olaraq reklam kampaniyası keçirərək həmin Kosmos yaşayış massivindən tikililəri vətəndaşlara  satır, hərdən bir isə hədiyyə edir. Mənzilləri alan vətəndaşlar da elə bilirlər ki, “Akkord İnşaat Sənaye” ASC-ti tam respektabelli bir cəmiyyətdir və tikintini ya özünə məsus ərazidə aparır, ya da hansısa şirkətin ərazisini götürərək onunla bir anlaşmaya gəlib tikinti ilə məşqul olur.
Məhkəməyə dair:
  Lakin reallıqda “Akkord İnşaat Sənaye” ASC-ti  taladığı “Bakı ANM” ASC-tin səhmdarları tərəfindən qaldırdığı iddialar üzrə məhkəmələrdə batır. Özü də başını qaşımağa vaxt tapmır. Mövcud vəziyyət ondan ibarətdir ki, həmin sahədə tiknti işlərin aparılmasına hüququ əsas verən müqavilə həm notariat, haqqında qanuna zidd olaraq bağlanıb, həm səlahiyyəti olamayan şəxs -idarə heyətinin sədri tərəfindən imzalanıb, halbuki Mülki Məcəllənin 99.3-cü maddəsinə əsasən yalnız səhmdarların ümumi yığıncağı tərəfindən qərar qəbul edilməli idi, həm də həmin əqd səlahiyyətdən sui istifadə edilərək minoretar səhmdarlara zərər vurmaq məqsədi ilə, cəmiyyətin nizamnaməsinə zidd olaraq cəmiyyətə mənfəət gətirmək əvəzində zərər vurmaq məqsədi ilə bağlanıb.Bu arqumentləri isə  müqavilə ilə əvəzləşdirilən əmlakın dəyəri  2 542 000 dollarlıq əmlak əvəzində 370 000 dollarlıq əmlak və əvəzləşdirilən əmlakın həcmi və növü 4 134 kv.m. gəlir gətirən qeyri-yaşayış sahəsi əvəzində 1000 kv.m yaşayış sahəsi özüdə 7-8 ildən sonra təsdiqləyir. Bütün yuxarıda deyilənləri təsdiq edən sənədlər artıq məhkəmədə işmateriallarında yığılıb və artıq nəinki ali savadlı hakimə hətta balaca uşağa belə bu müqavilənin etibarsız sayılmalı olduğu aydın olsa da səhmdarlar Nərimanov rayon məhkəməsinin hakimi Elşanə Vəliyevə  tərəfindən ədalətli qərarın  verilməsinə ümidlərini itiriblər. Çünki onlar hakimdən məhkəmə araşdırması qurtarana qədər “Akkord İnşaat Sənaye” ASC-nə tikililərin satışını qadğan etməyi və ya satışdan əldə edilən vəsaitlərin dondurulmasını xahiş edərkən hakim bu xahişi təmin etməmişdir. Lakin səhmdarların rayon məhkəməsindən gözləri su içməsə də onlar nikbin ruhdadırlar, çünki bu məsələni yalnız hakimlərin ümidinə buraxmaq niyyətində deyillər, əgər hakimlər qatığa qara deyib ədalətsiz qərarlar çıxarsalar səhmdarlar Fikrət Məmmədovun qəbuluna  qədər gedib ondan bu rusvayçılığa izahat verməsini tələb edəcəylər, eyni zamanda BMT-yə, Avropa Şurasına  və digər beynalxalq təşkilatlara müraciət etmək niyyətindədirlər. KİV-dən xahiş edirik ki, Kosmos yaşayış massivi ətrafında baş verən məhkəmələr, barəsində həmin ərazidə torpağın və digər sənədlərin hansı hüquqi şəxsin adına olduğuna dair ictimaiyyətə  dəqiq  və obyektiv məlumat verəsiniz ki, vətəndaşlar bilsinlər vəsaitlərini haraya yatırırlar, on minlərlə vəsait az pul deyil, qoy gedib problemsiz yerlərə yatırsınlıar sonrada səhmdarların ən azı qarğışı ilə və yaxud məhkəmə davaları ilə üz-üzə qalmasınlar.
  Vergilər Nazirliyinə müraciətə dair:
Eyni zamanda səhmdarlar Vergilər nazirliyinə müraciət edib “Bakı ANM” ASC-ti ilə “Akkord İnşaat Sənaye” ASC-ti arasında bağlanan müqavilədə vergidən yayınma faktının olmasına diqqət yetirməyi xahiş etmişdilər. Lakin Vergilər Nazirliyindən cavab gəlmişdi ki, cənab Təmiraz Tağıyev gəlib onlara izahat verib ki, həmin cəmiyyət özəlləşdirilib və orada səhmdar yoxdur. Bu izahat əsasında, yəyqin cənab Tağıyıvin YAP-ın rayon təşkilatının sədri olmasını nəzərə alaraq ondan izahatda yazdıqlarına sübut tələb etmədən ərizəyə baxmağı yekunlaşdırıblar. Lakin bunlar reallıqda mövcud olan faktlarla səhmdar cəmiyyətin 11 % səhmlərinin yiyələrinin mövcud olmaqlarına, onların öz hüquqları uğrunda mübarizə apardıqlarına zidd olduğundan səhmdarlar Təmiraz Tağıyevin söylədiklərinin real faktlara uyğun olmadığını  bildirərək onun dediklərini inkar edən sübutlarla təkrarən Vergilər Nazirliyinə cənab Fazil Məmmədova müraciət ediblər.
 Ədliyyə Nazirliyinə müraciət :
 Dəyişdirmə müqaviləsi notariat kontorunda təsdiqləndiyindən və həmin hərəkəti edən notarius kobud şəkildə qanunu pozduğundan səhmdarlar eyni zamanda Ədliyyə Nazirliyinə də müraciət edib həmin müqaviləyə dair notariat və qeydiyyat idarəsinin rəisindən öz mövqeyini açıqlamağı və həmin notarius barəsində ciddi təqdbirlərin görülməsini xahiş etmişdilər.Təzəliklə müraciət oldunduğundan  hələ ki, Nazirliydən cavab gəlməyib.”

Previous Post

ELMAR HÜSEYNOVUN EVİ QARŞISINDA ANIM MƏRASİMİ KEÇİRİLDİ

Next Post

MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ JURNALİSTİN QATİLLƏRİNİN HƏBS OLUNMASINI İSTƏDİYİNİ BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.