İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Bu gün (01 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim Saqi Məmmədovun sədrliyi ilə Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətifə Məlikovanın apelyasiya şikayəti üzrə ilkin hazırlıq iclası keçirilib.

Məhkəmə prosesində  iddiaçı L.Məlikova,  onun səlahiyyətli nümayəndəsi,  Hüquq Maarifçilik Cəmiyyətinin (HMC) vəkili Sadiq Bağırov  və Ədliyyə Nazirliyinin nümayəndəsi Nəsimi Quliyev iştirak ediblər.
İddiaçı L.Məlikova və onun səlahiyyətli nümayəndəsi S.Bağırov çıxış edərək, iddianın təmin olunmaması ilə bağlı Yasamal rayon məhkəməsinin 1 iyul 2009-cu ildə çıxardığı qərarın ləğv olunmasını istədilər.
Cavabdehin nümayəndəsi isə Yasamal rayon məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi.
Hakim S.Məmmədov növbəti məhkəmə prosesini 15 aprel 10:30-a təyin etdi.
Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal rayon məhkəməsində 1 iyul 2009-cu ildə iddianın təmin olunmaması ilə bağlı qərar çıxarılmışdı. 29 sentyabr 2009-cu ildə Bakı Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. İddiaçının kassasiya şikayətinə əsasən 27 yanvar 2010-cu ildə Ali Məhkəmə işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar verib.

Previous Post

GƏDƏBƏY RAYON SAKİNİ HÜQUQLARININ POZULDUĞUNU BİLDİRİR

Next Post

EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI APRELİN 9-DA KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.