GƏDƏBƏY RAYON SAKİNİ HÜQUQLARININ POZULDUĞUNU BİLDİRİR

Gədəbəy rayon sakini Elminaz Sarıyeva üzləşdiyi qanunsuz hərəkətlərlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib.


Əvvəllər Gədəbəy rayon Elektrik Şəbəkəsində mühəndis işlədiyini bildirən E.Sarıyeva qanunsuz olaraq işdən çıxarıldığını və etdiyi şikayətlərin cavabsız qaldığını bildirib. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət edən E. Sarıyeva adıçəkilən nazirliyin əməkdaşları tərəfindən təhqir olunduğunu və bundan sonra Gədəbəy rayon məhkəməsinə müraciət etdiyini bildirib: “Əlimdə faktlarım və şahidlərimin olmasına baxmayaraq, məhkəmələrdə də mənim xeyrimə qərar çıxarılmadı” – deyə E.Sarıyeva bildirib.
           Bacısı oğlunu qəyyumluğa götürdüyünü bildirən E.Sarıyeva qanunsuz olaraq ünvanlı sosial yardımdan da məhrum edildiyini bildirdi: “Sonradan isə Gədəbəy rayon Əmək və Əhalinin Sosial Müdafiəsi İdarəsinin ünvanlı sosial yardım üzrə inspektoru Ziyad Cəlilov bildirdi ki, sənə ünvanlı sosial yardımı bir şərtlə verərik ki, onun yarısını bizə verəsən”.
E.Sarıyeva əlavə etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi İdarəsinin müdiri Rauf Rzayev bu əməlləri barədə heç bir tədbir görmyib, əksinə, inspektora haqq qazandırıb. “Hətta idarənin baş mühasibi Rövşən Bağırov da məni nalayiq söyüşlərlə təhqir edib. Bu barədə Gədəbəy polis şöbəsinə məlumat vermişəm. Polisin müdaxiləsindən sonra yardımın 2008-ci ili son aylarını ala bildim. 2009-cu il üçün yardımın ayrılması üçün bütün lazımi sənədləri təqdim etmişəm və bildiriş almışam” – deyən E.Sarıyeva vurğuladı ki, yenə də ona ünvanlı sosial yardımı verməyiblər. Ona bildirilər ki, qəyyumluğa götürülən uzaq yanında deyil. O əlavə etdi ki, İcra hakimiyyətinin işçisi Sədrəddin Qubadov məni atamın yanında döydüyü üçün uşağı qorxumdan gətirə bilmirəm.
Bununla razılaşmayan E. Sarıyeva dəfələrlə təzyiqlərə məruz qaldığını bildirdi. O qeyd etdi ki, bu il fevralın 10-da Prezident Administrasiyasında qəbula yazılmaq istəyərkən, polis əməkdaşları onun axtarışda olduğunu bildirib və döyərək Səbail rayon 9-cu polis bölməsinə aparıblar: “Məni döyüb boynumdan qızıl boyunbağımı və barmağımdan qızıl üzüyümü çıxartdılar. Həmin əşyaları bu günə qədər də mənə qaytarmayıblar. Halbuki mənə axtarışda olduğum barədə heç bir məlumat verilməyib.”
Daha sonra Gədəbəy rayon Polis Şöbəsinə təhvil verilən Elminaz Sarıyeva ondan rayon ərazisini tərk etməməklə bağlı yazılı iltizam alındığını və bundan sonra şikayət etmək imkanlarının məhdudlaşdırıldığını bildirdi.
    E.Sarıyeva bildirdi ki, onu döyən Sədrəddin Qubadova heç bir cəza veriməyib. “Əvəzində isə məni yalandan şərləyərək, guya Z.Cəlilovu döyməyə cəhd göstərməkdə təqsirləndirərək, CM-nin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürüblər

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.