Bu gün (09 aprel) Qaradağ rayon məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə irəli sürülmüş ittihamla bağlı cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında Eynulla Fətullayev, vəkilləri İsaxan Aşurov, Rəşid Hacılı və Elçin Sadıqov, qarşı tərəfdən isə dövlət ittihamçısı Elçin Nağıyev iştirak ediblər.
Eynulla Fətullayev məhkəmənin tərkibinə etiraz edib. O, bildirib ki, bu işə baxan hakim onun istintaq təcridxanasına köçürülməsi ilə bağlı da qərar verdiyinə görə, maraqlı tərəf sayılır. Lakin bu etiraz qəbul edilməyib.
Daha sonra hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) foto və videoçəkiliş aparılması ilə bağlı müraciətini qismən təmin edərək, 10 dəqiqəlik çəkilişə icazə verib. Eynulla Fətullayevin vəkili İsaxan Aşurovun bütün məhkəmə proseslərinin məhkəmənin özü tərəfindən video və ya audiolentə yazılması barədə vəsatəti isə təmin edilməyib.
E.Fətullayev vəsatət qaldıraraq, alternativ ekspertizanın keçirilməməsi ilə bağlı hüququnun təmin olunmaması səbəbilə işin icraata götürülməməsini, həmçinin ekspert rəyi vermiş şəxslərin məhkəmədə iştirakını istədi. Hakim onun vəsatətinin qismən təmin edərək, narkoloji rəy vermiş ekspertlərin məhkəmədə dindiriləcəyini bildirdi.
12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan və Fətullayevin ünsiyyətdə olduğu 5 məhkumun şahid qismində məhkəməyə çağırılması ilə bağlı ikinci vəsatət də qismən təmin edilib. Belə ki, hakim 1 nəfər məhkum Anar Namazovun dindirilməsinə razılıq verib.
Daha sonra iclasda fasilə elan olunub.
Fasilədən sonra Eynulla Fətullayev daha bir vəsatətlə çıxış edib. Cinayət işinin icraata götürülməməsi və prokurorluğa qaytarılaraq, yeni istintaq qrupu tərəfindən araşdırılması barədə vəsatət təmin edilməyib.
Hakim işə mahiyyəti üzrə baxılması üçün prosesi 26 aprel 2010-cu il, saat 11.00-a təyin etdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
2005-ci ildən Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.