“İSLAM VƏ MEDİA: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (9 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin təşkilatçılığı ilə “İslam və media: Problemlər və Perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib.

“Yeni Çağ”ın rəhbəri Aqil Ələsgər yazılı və elektron KİV-də islami dəyərlərə qarşı ciddi şəkildə təhqiramiz münasibət göstərildiyini dedi. A. Ələsgər vurğuladı ki, bir neçə adamın avantürist fəaliyyəti kimi qiymətləndirilən bu məsələnin arxasında çox ciddi plan var. O, həmçinin mediada “xristian terroru”, “yəhudi terroru”, “buddist terroru” ifadələrindən istifadə edilmədiyi halda, hansısa qüvvələrin əməllərini İslamla bağlamağın bu dinə qarşı qərəzdən xəbər verdiyini diqqətə çatdırdı.
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu 11 sentyabr hadisəsindən sonra qərbdə islam dininə qarşı müsibətin dəyişdiyini, islamın qərb cəmiyyəti üçün təhlükə olması barədə fikirlərin yer aldığını bildirdi. O, qərb mətbuatında dini, irqi münaqişələri qızışdıran yazıların geniş vüsət aldığını, bunun isə yolverilməz olduğunu dedi.   
Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu bir neçə il öncə Azərbaycanın ictimai mühitində bu məsələ ilə bağlı gərginlik yarandığını qeyd edərək, bu işin sifarişlə həyata keçirildiyini söylədi. Belə qalmaqallı məqamların isə ölkədəki ciddi problemlərdən diqqəti yayındırdığını qeyd edən Hacı İlqar, bu məsələlərin daha çox seçki öncəsi baş verdiyini önə çəkdi.
Azərbaycan mediasında dinlə bağlı boşluq olduğunu qeyd edən “Presspost” xəbər portalının baş redaktoru Nigar Almanqızı isə bunun səbəbinin bu yazıların dinlə əlaqəsi olmayan şəxslər tərəfindən yazılmasında gördüyünü bildirdi.
 
Previous Post

ALİ MƏHKƏMƏ “GÜNDƏLİK BAKI” QƏZETİNİN XEYRİNƏ QƏRAR ÇIXARIB

Next Post

EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.