Avropa Şurasının baş katibi Torbyörn Yaqland Avropada söz azadlığı ilə bağlı “The Gardian” qəzetində məqalə ilə çıxış edib. O, öz məqaləsində azərbaycanlı jurnalist Eynulla Fətullayevlə bağlı məsələyə geniş yer ayırdığı üçün məqaləni olduğu kimi təqdim edirik.
Həbsdə olan redaktor Eynulla Fətullayevin taleyi ciddi narahatlıq doğurur. O, Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülmüş şübhəli ittihamlarla üç ildir ki, həbsdədir. O, sadəcə öz işi ilə məşğul olan və mükafatla təltif edilən bir jurnalistdir. Keçən ay İnsan Haqları üzrə Avropa Məhkəməsi onun dərhal azad edilməsi ilə bağlı qərar verdi.
Məhkəmə qərarında deyilir ki, Azərbaycan ifadə azadlığı hüququna dair İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsi də daxil olmaqla 3 maddəsini pozub. Azərbaycan 2001-ci il yanvar ayında konvensiyaya imza atmış və 2002-ci ilin Aprel ayında isə təsdiq etmişdir. Müqaviləni imzalayan tərəf kmi, qanunla Azərbaycan bu qərarlara riayət etməlidir. Əlavə şərhə ehtiyac yoxdur.
Rəssam Lars Vilksin və karikaturaçı Kurt Vesterqardın taleyi də məni narahat edir. Onların hər ikisi ölümlə hədələniblər. Vesterqard həyatına olunan sui-qəsddən canını güclə qurtarıb. Onların hər ikisi Məhəmməd və İslamın karikaturalarına görə İslamistlərin təhlükəsi altındadır. Onlar həbsdə deyillər, ancaq zorakılıq təhlükəsi onların həyatını həbsə çevirəcək.
Avropa Şurasının baş katibi kimi, inanıram ki, ifadə azadlığı dəyərlərimizin əsasıdır və 47 üzv dövlət onu güzəştə getmədən və üzr istəmədən həmişə müdafiə etməlidir.
Biz Ümumdünya Söz Azadlığı gününü qeyd edərkən görürük ki, ifadə azadlığı təkcə Avropada deyil bütün dünyada təhlükə iləüzləşir. Google senzura üzündən çin bazarını tərk etdi. Məşhur Amerika South Park komediya proqramının bir epizodu senzuraya məruz qalmışdı. Bu islamistlərin şounun yaradıcılarını Məhəmməd peyğəmbərin rəsmini təqdim etdikləri üçün hədələdikdən sonra baş vermişdi.
Biz 2010-cu il də İnsan Haqalrı üzrə Avropa Konvensiyasının 60 illiyini qeyd edirik. Konvensiyanın 10-cu maddəsi söz və ifadə azadlığını təmin edir – mütləq hüquq kimi yox, əsas hüquq kimi. Bu isə digər hüquqlara təsir edir və özündə bəzi məsuliyyətləri daşıyır.
Lakin biz 10-cu maddəni cəmiyyətimizin əsasını zəiflədə biləcək bir tərzdə təqdim edə bilmərik. Söz və ifadə azadlığı Avropada azadlığı qoruyur. Bu isə bizim Avropalı kimi kimliyimizin əsas mahiyyətidir. Bizim liberal və dünyəvi mədəniyyətlərimiz müxtəlifliklərin müzakirəsini tələb edir. Ifadə və söz azadlığı bizim müxtəlif mədəniyyətləri, adət ənənələri, dinləri, və etiqadları ümumi Avropa evinə inteqrasiya edə bilməmiz üçün bir vasitə deməkdir. Biz zorakılığa və nifrətə təhrikçiliyə yol verə bilmərik. Bununla belə mən həm hökumətləri, siyasi liderləri, dinləri, onların əsatirlərini (mif) və ideyalarını tənqid edə bilmək hüququnu və həm də eyni dərəcədə insanların bu sayaq ifadə azadlığına (istər məqalə şəklində, televiziya proqramlarında, rəsmlərdə və karikaturalarda olsun) qarşı dinc şəkildə etiraz etmək hüququnu güclü dəstəkləyirəm.
İfadə azadlığında güzəştə gedəriksə, bizim demokratiyanın taleyi təhlükədə qaır. İfadə azadlığı olmadan heç bir azadlıq mövcud deyil. Ümumdünya Mətbuat Azadlığı Günü bunu xatırlamaq və bununla bağlı bir iş görmək üçündür.