HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİALAR QALDIRILIB

Bu gün (04 may) “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iki iddiaya əsasən hazırlıq iclasları keçirilib.

Bu gün (04 may) “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iki iddiaya əsasən ha

Bu barədə Reportyorlaqrın Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) V.İsgəndərovun özü məlumat verib. V.İsgəndərov Göyçay rayon Polis Şöbəsinin rəisi Vüqar Məmmədyarovun iddiasına əsasən Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında iddianın qəbul olunması ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və prosesi 11 may saat 11.45-ə təyin edib.

Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin xüsusi ittiham qaydasında iddiasına əsasən hazırlıq iclası isə həmin məhkəmədə hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilib. Bu iddia üzrə proses 11 may saat 11.45-ə təyin edilib.

Qeyd edək ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun onlara böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırıblar.

 

Previous Post

AVROPA ŞURASININ BAŞ KATİBİ MƏQALƏSİNDƏ EYNULLA FƏTULLAYEVDƏN DƏ YAZIB

Next Post

VALİDEYNLƏRİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.