Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən qəzetin baş direktoru Ələsgər Süleymanov bildirib ki, “Azərbaycan Prezidenti yanında KİV-ə Dəstək Fondu” tərəfindən maliyyələşdirilən “Münaqişələrin KİV-də işıqlandırılması” layihəsi çərçivəsində onlayn radio 4 ay müddətində fəaliyyət göstərəcək. “Layihənin məqsədi Qarabağ problemini, Ermənistan-Azərbaycan münaqişəsinin əsl həqiqətlərini Azərbaycan və bir neçə xarici dildə dünyaya çatdırmaqdır: Hazırda radio test olaraq fəaliyyət göstərir. Yaxın gələcəkdə radio tam fəaliyyətə başlayacaq və bununla əlaqədar səsyazma işləri gedir” – deyən Ə. Süleymanov vurğuladı ki, layihənin müddəti bitdikdən sonra onlayn radio qəzetin imkanları hesabına fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
“Yeni Müsavat” qəzetinin internet