“YENİ MÜSAVAT” QƏZETİ ONLAYN RADİO AÇIB

“Yeni Müsavat” qəzetinin internet portalının tərkibində yeni onlayn radio fəaliyyətə başlayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən qəzetin baş direktoru Ələsgər Süleymanov bildirib ki, “Azərbaycan Prezidenti yanında KİV-ə Dəstək Fondu” tərəfindən maliyyələşdirilən “Münaqişələrin KİV-də işıqlandırılması” layihəsi çərçivəsində onlayn radio 4 ay müddətində fəaliyyət göstərəcək. “Layihənin məqsədi Qarabağ problemini, Ermənistan-Azərbaycan münaqişəsinin əsl həqiqətlərini Azərbaycan və bir neçə xarici dildə dünyaya çatdırmaqdır: Hazırda radio test olaraq fəaliyyət göstərir. Yaxın gələcəkdə radio tam fəaliyyətə başlayacaq və bununla əlaqədar səsyazma işləri gedir” – deyən Ə. Süleymanov vurğuladı ki, layihənin müddəti bitdikdən sonra onlayn radio qəzetin imkanları hesabına fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

AZƏR AYXANA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AZƏRBAYCANDA STALİN REPRESSİYASI QURBANLARI ADLI KİTAB NƏŞR OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.