MƏHBUSLARIN VAXTINDAN ƏVVƏL HƏBSDƏN AZAD EDİLMƏSİ HÜQUQLARI İLƏ BAĞLI LAYİHƏNİN TƏQDİMATI KEÇİRİLİB

Bu gün (13 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Azadlıqdan məhrum edilmiş şəxslərin vaxtından əvvəl azad edilmə hüquqlarının təmin edilməsi üzrə ictimai təşəbbüslər” layihəsinin təqdimatı keçirilib.В 2010 году будет так:!!! Суд. Обвинитель:Вы знали погибшего?! Подсудимый:нет!!! Обвинитель:А почему он был у вас в друзьях в фейсбуке?????)

Layihənin məqsədi Azərbaycanda məhbusların nümunəvi davranışa görə vaxtından əvvəl azad edilmələrinin vəziyyətini öyrənmək və bu hüququn təmin edilməsi üçün maarifləndirmə işini aparmaqdan ibarətdir.

 

Layihənin rəhbəri Rəsul Cəfərovun sözlərinə görə,  “Ədalət üçün beynəlxalq körpü” təşkilatının 2010-cu il üçün elan etdiyi müsabiqədə qalib gəlməklə bu layihənin həyata keçirilməsinə başlanılıb.

 

“Azərbaycan qanunvericiliyi məhbus üçün belə bir hüququ tanıyır, amma praktiki baxımdan bu hüququn həyata keçirilməsi sahəsində iş görülməyib. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinə girişə icazə verdiyi halda bu məsələ ilə bağlı məhbusların özlərinə, icazə verilməyəcəyi təqdirdə məhbusların qohumlarına maarifləndirici treninqlər keçirəcəyik”, – deyə Cəfərov layihənin məqsədi barədə məlumat verib.

 

 Treninqlərin azlığı və ya çoxluğu treninqlərə toplanacaq insanların sayından asılı olacaq. Birinci 6 ayda bu məsələ ilə bağlı hüquqi maarifləndirmə işi aparılacaq, ikinci 6 ayda isə bu sahədə görülən işlərin monitorinqi həyata keçiriləcək, vaxtından əvvəl azadlığa buraxılma faktlarının olub-olmamağı müəyyənləşdiriləcək.

 

“Çox vaxt cəzaçəkmə müəssisələrinin rəhbərləri özlərini normal aparan dustaqların adlarını vaxtından əvvəl azad edilənlərin siyahısına salsa da,  həmin siyahı Respublika Prokurorluğuna göndərilir və burada müəyyən seçim aparılır. Prokurorluqda adının üzərindən xətt çəkilən məhbus azadlığa buraxılmır. Məhkumun azad edilməsi və ya edilməməyi ilə bağlı qərarı məhkəmə qəbul etməlidir. Bu işə prokurorluğun müdaxiləsi insanların taleyini məhkəməyə qədər həll edir və bu dustaqlar arasında haqlı narazılığa səbəb olur”, – deyə Cəfərov bildirib.

 

Tədbirə qatılan hüquq müdafiəçiləri və vəkillər bu məsələdə korrupsiya elementləri olmasını da istisna etmədilər. Digər tərəfdən vəkillər bildirib ki, məhbuslar vaxtından əvvəl azad edilmə ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etdikdə təzyiqlərə məruz qalırlar.

 

Tədbirə qatılanlar bu sahədə uğur əldə etməyin yolunun davamlı, səbirli mübarizədən keçdiyini deyərək, bunun üçün hüquqşünaslar, hüquq müdafiəçiləri və jurnalistlərdən ibarət komanda formalaşdırmağı vacib sayıblar.

 

Previous Post

MƏHBUSLAR VAXTINDAN ƏVVƏL HƏBSDƏN AZAD EDİLƏ BİLƏRLƏR

Next Post

OMBUDSMAN RATİ-NİN MÜRACİƏTİNİ CAVABLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.