OMBUDSMAN RATİ-NİN MÜRACİƏTİNİ CAVABLANDIRIB

Ombudsman Elmira Süleymanova Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) müraciətini cavablandırıb.

Qeyd edək ki, RATİ Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın açıq keçirilən məhkəmə prosesinə müşahidəçiləri və jurnalistləri buraxmaması və Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Yasamal və Səbail rayon məhkəmələri tərəfindən jurnalistlərin və digər müşahidəçilərin məhkəmə binasına fotoaparat və videokameralarla daxil olmasına icazə verilməməsini bildirmişdi.

 

“Şikayətinizin Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyeva tərəfindən jurnalistlərə və müşahidəçilərə, o cümlədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşına 24 iyun 2010-cu il tarixdə keçirilən açıq məhkəmə iclasında iştirak etməyə icazə verilməməsi barədə hissəsi ilə əlaqədar həmin məhkəməyə sorğu göndərilmişdir. Nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir” – deyə Ombudsmanın cavabında bildirilir.

 

 

    Jurnalistlərin və digər müşahidəçilərin bir çox məhkəmələrə fotoaparat və videokameralarla daxil olmasına icazə verilməməsi ilə bağlı olaraq isə məktubda deyili:

 

    “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına 29 iyun 2009-cu il tarixində daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 176.5-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə qeydə almaq hüququ vardır. Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya canlı yayıma (o cümlədən mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir”.  

 

    Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyeva Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun apellyasiya şikayəti üzrə keçirilən məhkəmə proseslərinə müşahidəçi və jurnalistləri buraxmamışdır.

 

Previous Post

MƏHBUSLARIN VAXTINDAN ƏVVƏL HƏBSDƏN AZAD EDİLMƏSİ HÜQUQLARI İLƏ BAĞLI LAYİHƏNİN TƏQDİMATI KEÇİRİLİB

Next Post

JURNALİSTİN FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.